Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn canlı sistemlərin quruluşunun əsas səviyyəsi olan hüceyrənin öyrənilməsinə yönəlmişdir. Mövzulara hüceyrənin ümumi təşkili, membran strukturları və onların funksiyaları, sitoplazmik orqanoidlər, nüvə və genetik material daxildir. Hüceyrədaxili molekulyar proseslər, o cümlədən enerji mübadiləsi, fermentlərin fəaliyyəti, zülal, lipid, karbohidrat və nuklein turşularının quruluşu, onların funksional xüsusiyyətləri nəzərdən keçirilir. Fənnin məqsədi tələbələrdə hüceyrə səviyyəsində biologiyanın əsas anlayışlarını formalaşdırmaq və əldə olunan bilikləri laboratoriya şəraitində tətbiq etmək bacarığını inkişaf etdirməkdir.