Əlirza Əhmədov
Bioqrafiya
Əlirza Əhmədov Bakı Dövlət Universitetində “Analiz və funksional analiz” ixtisası üzrə doktorantura təhsilini başa vurmuş və hazırda dissertasiya müdafiəsi mərhələsindədir. Elmi fəaliyyəti riyazi analiz sahəsində nəzəri istiqamətləri əhatə edir və bu sahənin elmi əsaslarının inkişafına töhvə verməyə yönəlmişdir.
Ə.Əhmədov Milli Aviasiya Akademiyası və Odlar Yurdu Universiteti də daxil olmaqla aparıcı ali təhsil müəssisələrində geniş pedaqoji təcrübə qazanmışdır. Akademik fəaliyyəti ərzində “Riyazi analiz” və “Xətti cəbr” kimi fundamental fənləri tədris etmiş, tələbələrdə analitik düşüncə, məntiqi təhlil və problem həll etmə bacarıqlarının formalaşdırılmasına xüsusi diqqət yetirmişdir. Onun tədris yanaşması mövzuların dərin və sistemli mənimsənilməsinə əsaslanır.
Əlirza Əhmədov 10-dan artıq elmi məqalənin müəllifidir. O, beynəlxalq təlim programlarında, elmi konfranslarda və tədqiqat layihələrində fəal iştirak etmişdir. Hazırda elmi və pedaqoji fəaliyyəti ilə riyaziyyatın tədrisinin və akademik mühitin inkişafına töhfə verməyə davam edir.
Təhsili
2021 – Davam edir
Bakı Dövlət Universiteti
Analiz və funksional analiz, Doktorantura
2017-2019
Bakı Dövlət Universiteti
Funksional analiz, Magistr dərəcəsi
2013-2017
Bakı Dövlət Universiteti
Riyaziyyat, Bakalavr dərəcəsi
Tədqiqat maraqları
Diferensial operatorların spektral nəzəriyyəsi