Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Fənnin tədrisinin məqsədi həndəsi obyektləri analitik metodların köməyi ilə öyrənməkdir. Bu metodlar əsasən düzbucaqlı dekart koordinat sistemində öyrənilir və həndəsi obyektləri analizin və cəbrin metodları ilə tədqiq etməyə imkan verir. Ox üzərində, müstəvidə, fəzada düzbucaqlı dekart koordinatlar daxil edilir və həndəsənin müəyyən məsələləri həll edilir. Fənnin məqsədi Dekart koordinat sistemində parçanın verilmiş nisbətdə bölünməsini, iki nöqtə arasında məasafənin tapılmasını araşdırmaq, həndəsi obyektləri polyar koordinat sistemində öyrənmək, polyar koordinatlarla verilmiş iki nöqtə arasındakı məsafəni, iki düz xətt arasındakı bucaqları, bəzi fiqurların sahələrini, ədədi qiyməti və istiqaməti ilə müəyyən olunan vektorları tapmağı öyrətməkdir. Fənn çərçivəsində vektorlar üzərində əməllərin təyin olunması, onların xətti asılılığı, müxtəlif tip hasilləri, müstəvidə çevrənin və düz xəttin, fəzada müstəvinin tənliyinin tapılması, düz xətlərin paralellik və perpendikulyarlıq şərtləri araşdırılır.