Kənan Ağasiyev
Bioqrafiya
Kanan Ağasıyev 2025-ci ildən etibarən Qarabağ Universitetində müəllim və eyni zamanda Karabük Universitetində İngilis Dili və Ədəbiyyatı üzrə doktorant və tədqiqatçı kimi fəaliyyət göstərir. O, bakalavr və magistr təhsilini Karabük Universitetində (Türkiyə) tamamlamış və bu müddətdə Erasmus+ proqramı çərçivəsində Almaniya, Malta, Bosniya və Herseqovində təhsil almışdır.
Magistr təhsilini 2024-cü ildə Karabük Universitetində bitirmiş və Erasmus+ proqramı ilə Almaniyanın Frankfurt am Main şəhərində Maurer Press nəşriyyatında akademik mübadilə keçmişdir. Hal-hazırda orada Akademik Məsləhətçi və Köməkçi Redaktor vəzifələrini icra edir. Doktorluq tədqiqatı müasir Britaniya dramında Tənqidi Əlillik Nəzəriyyəsinin tətbiqinə həsr olunub, magistr dissertasiyasında isə Andrea Levy və Zadie Smith-in yaradıcılığında postkolonial feminist yanaşmalar araşdırılmışdır.
2024-cü ildən etibarən o, “Contemporary Studies on Language and Literature” kitab seriyasının redaktoru və “Alma Mater – Zeitschrift für interdisziplinäre Kulturforschungen” jurnalının köməkçi redaktorudur. Kanan Ağasıyev 50-yə yaxın iş nəşr etmiş, Türkiyədə və Avropada beynəlxalq konfranslarda çıxışlar etmiş, 2025-ci ildə isə akademik nailiyyətlərinə görə Karabük Universiteti tərəfindən Akademik Yayın Sertifikatıyla təltif olunmuşdur.
Təhsili
2022–2024
Karabük Universiteti
İngilis Dili və Ədəbiyyatı üzrə, Magistr dərəcəsi
2018–2022
Karabük Universiteti
İngilis Dili və Ədəbiyyatı üzrə, Bakalavr dərəcəsi
2021–2021
Malta Universiteti
İngilis Ədəbiyyatı; Erasmus+
2019–2020
Łomża Dövlət Tətbiqi Elmlər Universiteti
İngilis Filologiyası; Erasmus+
Tədqiqat maraqları
- Müasir Britaniya dramında Tənqidi Əlillik Nəzəriyyəsinin tətbiqi
- Ədəbiyyatda postkolonial tədqiqatlar və postkolonial feminist yanaşmalar
- Postmodern ədəbi nəzəriyyə və narrativ təhlil
- Gender araşdırmaları (ədəbiyyatda interseksionallıq kontekstində)
- Ekoloji ədəbiyyat (solar-punk) və utopik/distopik tədqiqatlar.