Fənnin tədris edildiyi dil
English
Fənnin təsviri
Bu fənn tələbələrin akademik mühitdə yazı və oxu bacarıqlarını inkişaf etdirməyə yönəlib. Fənn çərçivəsində akademik mətnlərin strukturu və janr xüsusiyyətləri, mənbələrin seçilməsi və istifadəsi, parafraz, sitat gətirmə və istinad qaydaları öyrədilir. Oxu bacarıqları üzrə tələbələrdən mətnin əsas ideyalarını müəyyənləşdirmək, məlumatı təhlil etmək və tənqidi yanaşmaq tələb olunur. Yazı bacarıqları üzrə isə esse və məqalə tipli mətnlərin quruluşu, arqumentasiya və akademik üslubda ifadə formaları öyrənilir. Xüsusi olaraq tələbələr esse yazmağı mərhələli şəkildə öyrənirlər. Fənn tələbələrə elmi mətnləri başa düşmək, onları şərh etmək və öz akademik yazılarında düzgün istifadə etmək bacarığı qazandırır.