Fənnin tədris edildiyi dil
English
Fənnin tipi
Elective - Block 1
Fənnin təsviri
Bu fənn müsbət və məhsuldar öyrənmə mühiti yaratmaq üçün strategiya və texnikaları araşdırır. Mövzulara rutinlərin qurulması, öyrənənlərin tədris prosesinə cəlb olunmasının təşviqi, davranışın idarə edilməsi, dəstəkləyici sinif ortamının yaradılması və müxtəlif öyrənmə ehtiyaclarının qarşılanması daxildir. Tədris prosesində effektiv ünsiyyət qurmaq bacarıqları aşılanır, yarana biləcək hər hansı bir münaqişənin həlli üçün şagirdlər, onların valideynləri və müəllim həmkarları ilə müsbət münasibətlərin qurulmasının vacibliyi vurğulanır. Keys tədqiqatları, simulyasiyalar və praktiki məşğələlər vasitəsilə sinif otağının təşkili, tədris strategiyalarının həyata keçirilməsi, öyrənməni təkmilləşdirmək və mənimsəməni asanlaşdırmaq üçün müvafiq texnologiyalardan istifadə bacarıqlarının inkişaf etdirilməsinə diqqət yetirilir. Sinfin effektiv idarə edilməsi, şagirdlərin öyrənmə təcrübələrinin optimallaşdırılması və müxtəlif təhsil şəraitlərində akademik nailiyyətləri dəstəkləmək üçün həyata keçirilə biləcək müvafiq tədbirlər nəzərdən keçirilir.