Sevda Fatullayeva
Müəllim
Bioqrafiya
2005-ci ildə “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə, 2019-cu ildə isə dosent elmi adına layiq görülmüşdür.
Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Makromolekulyar kimyası” ixtisası üzrə elmlər doktoru proqramı çərçivəsində elmi tədqiqat fəaliyyətini davam etdirir.
Ölkənin aparıcı ali təhsil müəssisələrində geniş pedaqoji təcrübəyə malikdir. Bakı Ali Neft Məktəbində, Azərbaycan Tibb Universitetində və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında mühəndislik və tibb ixtisasları üzrə kimya fənlərini tədris etmişdir.
70-dən çox elmi nəşrin (dərsliklər və patentlər daxil olmaqla) müəllifidir, ölkədə və xaricdə bir sıra beynəlxalq təcrübə proqramlarında, konfranslarda və elmi-tədqiqat layihələrində iştirak etmişdir.
Elmi fəaliyyəti ağır metal ionlarının seçici şəkildə çıxarılması üçün funksional “ağıllı” polimer materialların dizaynı və sintezinə, həmçinin bu materialların ekoloji və biotibbi tətbiqlərinə yönəlmişdir.
Təhsili
2020-2025
Elm və Təhsil Nazirliyi akad. M.Nagıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Elmlər doktoru proqramı
Makromolekulyar Kimyası
1999-2003
Azərbaycan Milli Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu
Dissertantura
Kimyəvi kinetika və kataliz
1990-1996
Bakı Dövlət Universiteti
Kimyaçı / Kimya müəllimi
Tam Ali Təhsil
Tədqiqat maraqları
- Ağır metal ionlarının toksik təsirinin azaldılması üçün yeni modifikasiya olunmuş polimer əsaslı materialların alınması
- Polimermaterialların ağır metal ionlarına qarşı seçici sorbsiya qabiliyyətinin tədqiqi
- Yaddaş effektinə malik funksional “smart” polimer əsaslı enterosorbentlərin sintezi
- Ətraf mühit və tibbi problemlərin həlli üçün innovativ funksional polimer materialların sintez üsullarının işlənib hazırlanması