Fənnlər

Fənnlər kataloqu

[CHE200] Qeyri-üzvi kimya

Fənnin kodu
CHE200
Kredit
6
Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin tipi
Major Core
Fənnin təsviri
Bu fənn qeyri-üzvi birləşmələrin quruluşunu, xassələrini, reaksiyalarını və tətbiq sahələrini öyrənir. Fənn çərçivəsində elementlərin dövri cədvəli və onun qanunauyğunluqları, atomların elektron quruluşu, ion və kovalent birləşmələr, koordinasiya birləşmələri və onların izomerləri, həmçinin metallurgiya və metallokimya məsələləri əhatə olunur. Əlvan, nadir və keçid metalları, qeyri-metallar və onların mühüm birləşmələrinin kimyası ayrıca öyrənilir. Fənn həmçinin qeyri-üzvi materialların gündəlik həyatda, sənayedə və ətraf mühitin qorunmasında tətbiqlərinə dair biliklər qazandırır. Tələbələr elementlərin kimyəvi xüsusiyyətlərini müqayisə etməyi, qeyri-üzvi maddələrin sintezi və reaksiyalarını izah etməyi və onların praktiki əhəmiyyətini qiymətləndirməyi öyrənirlər.
Course instructors:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.