Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn üzvi birləşmələrin quruluşunu, xassələrini, sintezi və reaksiyalarını öyrədir. Fənn çərçivəsində karbon atomunun hibridləşməsi və rabitələri, əsas funksional qrupların quruluşu və kimyəvi davranışı, izomeriya və stereokimya məsələləri əhatə olunur. Karbohidrogenlər, oksigenli, azotlu və halogenli üzvi birləşmələrin xassələri və onların əsas reaksiyaları geniş şəkildə öyrənilir. Həmçinin üzvi reaksiyaların mexanizmləri, sintetik metodlar, polimerlər və bioloji aktiv üzvi maddələrin kimyası müzakirə olunur. Fənn tələbələrə üzvi birləşmələrin quruluşu ilə onların xassələri arasındakı əlaqəni izah etməyi, üzvi sintez üsullarını tətbiq etməyi və üzvi kimyanın elmi və praktiki əhəmiyyətini qiymətləndirməyi öyrədir.