Xurşud Abdullayeva
Bioqrafiya
Xurşud Abdullayeva 15 sentyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfini bitirmiş,
1983-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını
professor Fərhad Bədəlbəylinin sinfində başa vurmuşdur.
1979-cu ildə Minsk Konservatoriyasında, 1992-ci ildə Böyük Britaniyada
klavesin üzrə ustad dərslərində iştirak etmiş, 1998-ci ildə Moskva
Konservatoriyasında ixtisasartırma kursu keçmişdir.
1988–1995-ci illərdə Konservatoriyada konsertmeyster,
1995–2025-ci illərdə isə orqan, klavesin və ümumi fortepiano
kafedralarında müəllim kimi fəaliyyət göstərmişdir.
2001–2025-ci illərdə Azərbaycan Dövlət Xor Kapellasının direktoru olmuşdur.
Onun rəhbərliyi dövründə kollektiv bir sıra beynəlxalq festivallarda
uğurla çıxış etmişdir.
2007-ci ildə “Əməkdar Artist”, 2009-cu ildə dosent,
2017-ci ildə professor elmi adına layiq görülmüşdür.
1989-cu ildən aktiv konsert fəaliyyəti ilə məşğuldur və
hazırda pedaqoji və ifaçılıq fəaliyyətini davam etdirir.
Təhsili
Bakalavr təhsili:
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
İxtisas: İnstrumental ifaçılıq (Fortepiano)
1978–1983
Mükafatlar
Əməkdar Artist
Tədqiqat maraqları
Piano ifaçılığı; Azərbaycan piano repertuarı; İfaçılıq təcrübəsi; Piano pedaqogikası; Kamera musiqisi