Nərmin Rzayeva
Bioqrafiya
Nərmin Rzayeva 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Fortepiano və
bəstəkarlıq üzrə ilk musiqi təhsilini G.G. Şaroyev adına musiqi məktəbində almış və
fərqlənmə diplomu ilə bitirmişdir. 2011–2015-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasında bakalavr, 2017–2019-cu illərdə isə solo fortepiano ixtisası üzrə
magistr təhsili almışdır.
2009–2012-ci illərdə Azərbaycan Dövlət Gənclər Xalq Çalğı Alətləri Orkestrinin solisti və
konsertmeysteri olmuş, 2015–2022-ci illərdə Azərbaycan Dövlət Akademik
Filarmoniyasında konsertmeyster kimi fəaliyyət göstərmişdir. Kamera və simfonik
repertuar üzrə geniş təcrübəyə malikdir.
Bir sıra beynəlxalq müsabiqə və festivalların laureatıdır. 2024-cü ildə Vyana Beynəlxalq
Piano Müsabiqəsində III yerə layiq görülmüşdür. Müxtəlif ölkələrdə solo və ansambl
konsert proqramları ilə çıxış etmişdir.
Hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərir.
Təhsili
Bakalavr təhsili:
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: İnstrumental ifaçılıq (Fortepiano)
2011–2015
Magistratura:
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: İnstrumental ifaçılıq (Fortepiano)
2017–2019
Tədqiqat maraqları
Piano ifaçılığı; Azərbaycan piano repertuarı; İfaçılıq təcrübəsi; Piano pedaqogikası; Kamera musiqisi