İncəsənət fakültəsi

Bioqrafiya

Məleykə Həsənəliyeva moda dizaynı sahəsində beynəlxalq təhsil və peşəkar təcrübəyə malik Geyim dizayneridir. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası bakalavr məzunu olub, təhsilini fərqlənmə (Qırmızı Diplom) ilə başa vurmuşdur. Magistr təhsilini Fransa və İngiltərədə – Istituto Marangoni və Manchester Metropolitan University universitetlərində tamamlamışdır. Eyni zamanda The Prince’s School of Traditional Arts, London məzunudur.
2017-ci ildə   ABŞ-da  Kent State University də müdadilə proqramında təhsil almışdır. Peşəkar fəaliyyəti dövründə Christian Dior, Elie Saab və Françoise Paris moda evlərində təcrübə keçmiş, No More Mondays dizayn studiyasında Trussardi brendi üçün print dizaynları hazırlamışdır. Onun yaradıcılıq işləri Vogue Paris və Elle Paris jurnallarında işıqlandırılmışdır.
Fransada “Director of Collection” tituluna layiq görülmüşdür. Azərbaycan Hava Yolları, Baku VIP Boutique, ASG Business Aviation və VIP Group Services üçün uniforma layihələri həyata keçirmişdir. Moda evləri və fabrikalara freelance işlər təqdim etmişdir.
Yaradıcılıq fəaliyyəti beynəlxalq səviyyədə tanınmış, Bakı British Council Design Catwalk müsabiqəsində iştiraka görə “Elegance” moda nümayişində xüsusi təqdirə layiq görülmüşdür. Təltif edən qurumlar sırasında Central Saint Martins, University of the Arts London və British Embassy Baku yer almışdır.

Təhsili

Bakalavr təhsili: Azərbaycan Rəssamlıq Akademiyası
İxtisas: Dizayn
2015-2019
 

Magistratura təhsili: İstituto Marangoni Paris
İxtisas: Geyim dizaynı
2020-2022

Tədqiqat maraqları

Geyim dizaynı

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.