İncəsənət fakültəsi

Həşim Həşimov

Həşim Həşimov

Əlavə vəzifəsi
Müəllim

Bioqrafiya

Həşim Həşimov 1 oktyabr 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Fortepiano ixtisası üzrə təhsilini 35 saylı musiqi məktəbində başa vurmuşdur.
2017-ci ildə Almaniyanın Trossingen Musiqi Universitetinin
“Fortepiano” fakültəsinə qəbul olunmuş, 2021-ci ildə bakalavr,
2023-cü ildə magistr dərəcəsini müvəffəqiyyətlə tamamlamışdır.
2021–2024-cü illərdə Almaniyanın Friedrichshafen Dövlət Musiqi Məktəbində
müəllim və konsertmeyster kimi fəaliyyət göstərmişdir.
Həmçinin Horb am Neckar və Ravensburg şəhərlərində pedaqoji fəaliyyətlə məşğul
olmuşdur.
Respublika və beynəlxalq müsabiqələrin laureatıdır.
Uğurlu çıxışlarına görə diplom və mükafatlarla təltif edilmişdir.
Hazırda pedaqoji və ifaçılıq fəaliyyətini davam etdirir.

Təhsili

Bakalavr təhsili:
Trossingen Dövlət Musiqi Universiteti (Almaniya)
İxtisas: İnstrumental ifaçılıq (Fortepiano)
2017–2021

Magistratura təhsili:
Trossingen Dövlət Musiqi Universiteti (Almaniya)
İxtisas: İnstrumental ifaçılıq (Fortepiano)
2021–2023

Tədqiqat maraqları

Piano ifaçılığı; Avropa piano məktəbləri; İfaçılıq təcrübəsi; Kamera musiqisi; Piano pedaqogikası

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.