İncəsənət fakültəsi

Gülxanım Əsədzadə

Gülxanım Əsədzadə

Əlavə vəzifəsi
Dekan muavini, İncəsənət Fakültəsi

Bioqrafiya

1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin nəzəriyyə şöbəsini bitirmişdir. Həmin ildə Azərbaycan Milli Konservatoriyasının Musiqişünaslıq ixtisası üzrə bakalavr pilləsinə qəbul olunmuş və 2014-cü ildə təhsilini uğurla başa vurmuşdur. 2014–2016-cı illərdə eyni ali təhsil müəssisəsində Musiqişünaslıq ixtisasının Etnomusiqişünaslıq istiqaməti üzrə magistr pilləsində təhsil almış və fərqlənmə diplomu ilə məzun olmuşdur.
2016-cı ildən etibarən Azərbaycan Milli Konservatoriyasının “Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamış, daha sonra “Dirijorluq” kafedrasında baş laborant kimi çalışmışdır.
2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqinin tarixi və nəzəriyyəsi kafedrasında laborant vəzifəsində fəaliyyət göstərmiş, 2019-cu ildən etibarən isə laborantlıqla yanaşı pedaqoji fəaliyyətə başlayaraq müəllim kimi çalışmışdır.
2018-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dissertanturasına qəbul olunmuşdur və hazırda dissertasiya işi üzərində elmi tədqiqatlarını davam etdirir. Müxtəlif tədris proqramlarının müəllifi, eləcə də bir sıra elmi məqalələrin müəllifidir.
2022–2024-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışmış, müxtəlif mədəni layihələrin icrasında iştirak etmişdir.
2024-cü ildən etibarən Qarabağ Universitetinin İncəsənət fakültəsində dekan müavini vəzifəsində fəaliyyət göstərir.

Təhsili

Bakalavr təhsili: Azərbaycan Milli Konservatoriyası
İxtisas: Musiqişünaslıq
2010–2014

Magistratura: Azərbaycan Milli Konservatoriyası
İxtisas: Etnomusiqişünaslıq
2014–2016

Tədqiqat maraqları

Etnomusiqişünaslıq; Tarixi musiqişünaslıq; Azərbaycan ənənəvi musiqisi; Muğamşünaslıq; Xalq musiqisi tədqiqatları; Müqayisəli musiqişünaslıq; Şifahi musiqi ənənələri; Musiqi və mədəni kimlik; Musiqidə sahə tədqiqatı metodologiyası

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.