Eldar İsababayev
Bioqrafiya
Eldar İsababayev 11 dekabr 1978-ci ildə Rusiya Federasiyası, Voronej vilayəti Liski şəhərində anadan olmuşdur.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirmiş, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olmuş və 2002-ci ildə magistr dərəcəsi ilə məzun olmuşdur.
1998–2026-cı illərdə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrində kontrabas ifaçısı kimi çalışmışdır.
2017-ci ildən AZTV-nin “Dan Ulduzu” instrumental ansamblında bas gitara ifaçısı kimi fəaliyyət göstərir.
2018-ci ildən Şəhriyar Mədəniyyət Mərkəzində gitara müəllimi kimi çalışır.
Peşəkar orkestr təcrübəsinə malik musiqiçidir.
Təhsili
Bakalavr təhsili:
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: İnstrumental ifaçılıq (Orkestr ifaçısı və Müəllim)
1996–2000
Magistratura:
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: Kontrabas
2000–2002
Tədqiqat maraqları
Kontrabas ifaçılığı; Orkestr təcrübəsi; Simli alətlər pedaqogikası; Kamera musiqisi; Bas simli alətlər ifa texnikası