Aygün Əhmədova
Bioqrafiya
Əhmədova Aygün Hacı ağa qızı 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1971–1982-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil almışdır.
1982-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının
fortepiano ifaçılığı fakültəsinə qəbul olunmuş və 1987-ci ildə konservatoriyanı
konsert ifaçısı, kamera-ansambl solisti, konsertmeyster və müəllim ixtisasları
üzrə bitirmişdir.
1987–1996-cı illərdə Qara Qarayev adına 8 saylı musiqi məktəbində
konsertmeyster və fortepiano müəllimi kimi fəaliyyət göstərmişdir.
1996-cı ildən etibarən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
fortepiano müəllimi kimi çalışır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla
təltif olunmuşdur. 2023-cü ildən Dövlət İmtahan Mərkəzində ekspert kimi
fəaliyyət göstərir.
Hazırladığı şagirdlər şəhər və respublika səviyyəli müsabiqələrin
qalibləri olmuşdur. Yaradıcı, səbirli və peşəkar pedaqoq kimi tanınır.
Təhsili
Bakalavr təhsili::
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
İxtisas: İnstrumental ifaçılıq (Fortepiano)
1982–1987
Tədqiqat maraqları
Piano ifaçılığı; Azərbaycan piano repertuarı; İfaçılıq təcrübəsi; Piano pedaqogikası; Kamera musiqisi