Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn tələbələri təhsil anlayışının mahiyyəti, məqsədləri və cəmiyyətin inkişafındakı rolu ilə tanış edir. Kurs təhsilin fəlsəfi, sosial, psixoloji və pedaqoji əsaslarını əhatə edir, milli və beynəlxalq təhsil sistemlərinin müqayisəli təhlilinə imkan yaradır. Təhsilin tarixi inkişaf mərhələləri, maarifçilik ideyaları, müasir təhsil siyasətləri, kurikulum yanaşmaları və müəllimin peşə rolu bu fənnin əsas məzmununu təşkil edir. Tələbələr öyrənmə və öyrətmənin əsas prinsiplərini, təhsil dəyərlərini, inklüzivlik və bərabərlik kimi anlayışları mənimsəyir, həmçinin təhsil mühitində öz peşə kimliklərini formalaşdırmağa başlayırlar. Kurs tələbələrdə təhsilə tənqidi baxış, sosial məsuliyyət və pedaqoji refleksiya bacarığını inkişaf etdirməyə yönəlmişdir.