Sahilə Məmmədli
Bioqrafiya
Təhsil və insan inkişafı sahəsində elmi-pedaqoji fəaliyyət göstərir. Corc Vaşinqton Universiteti (ABŞ) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə ikili diplom proqramı çərçivəsində “Təhsil və insan inkişafı / Təhsilin idarə olunması” ixtisası üzrə magistr təhsili almışdır.
Ümumi təhsil və ali təhsil mühitində geniş pedaqoji təcrübəyə malikdir. Dövlət ümumtəhsil məktəbində və özəl təhsil müəssisələrində ingilis dili müəllimi kimi fəaliyyət göstərmiş, müxtəlif yaş qrupları və səviyyələr üzrə dərslər aparmışdır. Tədris prosesində CEFR əsaslı planlaşdırma, şagirdyönümlü metodlar, diferensial yanaşma və qiymətləndirmə strategiyalarından istifadə etmişdir.
Peşəkar fəaliyyətində metodiki dəstək və müəllim inkişafı istiqamətində də çalışmış, İngilis dili müəllimləri üçün təlimlər keçmiş və British Council Resurs Mərkəzinin illik fəaliyyət planının icrasında iştirak etmişdir. Eyni zamanda özəl təhsil müəssisəsində İngilis dili departamentinin rəhbəri kimi kurikulum planlaşdırılması, müəllimlərin metodiki dəstəyi və tədris keyfiyyətinin artırılması istiqamətində fəaliyyət göstərmişdir.
Hazırda Qarabağ Universitetində pedaqoji təcrübə rəhbəri (Practicum Supervisor) kimi fəaliyyət göstərir və gələcək müəllimlərin praktik hazırlığının təşkili, məktəb təcrübəsi prosesinin planlaşdırılması və metodiki dəstəyin təmin olunması ilə məşğuldur.
Beynəlxalq dil tədrisi sahəsində peşəkarlığını artırmaq məqsədilə CELTA sertifikatı əldə etmiş, həmçinin Cambridge TKT modulları üzrə sertifikatlara malikdir. Təhsil sahəsində beynəlxalq qiymətləndirmə proqramları (PISA, PIRLS) və akkreditasiya proseslərində iştirak etmişdir.
Təhsili
Azərbaycan Dillər Universiteti-2011-2014
Xarici dil müəllimliyi (İngilis dili), bakalavr
Corc Vaşinqton Universiteti (ABŞ) və Azərbaycan Dövlət Pedaqoji Universiteti 2023-2025. İkili diplom proqramı, magistratura
Tədqiqat maraqları
- Emosional intellektin (Emotional Intelligence) akademik nailiyyətlərə təsiri
- Sosial-emosional öyrənmə (Social-Emotional Learning – SEL) yanaşmalarının təhsilə inteqrasiyası