İbrahim Məhərov
Bioqrafiya
2001-ci ildə “Riyazi analiz” ixtisası üzrə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə, 2019-cu ildə isə dosent elmi adına layiq görülmüşdür.
1979-cu ildən təyinatla Azərbaycan Milli Elmər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda işə başlamış, son illərdə “Funksiyalar nəzəriyyəsi” şöbəsində, böyük elmi işçi vəzifəsində çalışıb. Müxtəlif illlərdə BDU-də, H. Mahmudbəyov adına Liseydə, Zəngi liseyində, Xəzər Universitetində riyaziyyat müəllimi işləyib.
60-dan çox elmi nəşrin (dərsliklər və dərs vəsaitləri daxil olmaqla) müəllifidir, ölkədə və xaricdə bir sıra beynəlxalq təcrübə proqramlarında, konfranslarda və elmi-tədqiqat layihələrində iştirak etmişdir.
Təhsili
2001
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
“Riyazi analiz” ixtisası üzrə
1974-1979
Bakı Dövlət Universiteti
Riyaziyyatçı / Riyaziyyat müəllimi
Tam Ali Təhsil
Tədqiqat maraqları
-
Funksiyanın muxtəlif sinif funksiyalarla yaxınlaşdırılması məsələləri;
-
Çoxdəyişənli funksiyaların birdəyişənli funksiyalarin cəmi ilə yaxinlaşdırılması;
-
Ridge funksiyalarının xətti kombinasiyaları ilə yaxinlaşma məsələsi;
-
Radial bazis funksiyalari əsasında qurulmuş funksiyalar sinfi ilə yaxınlaşma