Anar Abtalıbov
Bioqrafiya
İngiltərənin “The University of York” Universitetində “Ətraf mühit coğrafiyası” ixtisası üzrə doktorantura təhsili almış və hazırda dissertasiya müdafiəsi ərəfəsindədir.
2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda baş laborant, daha sonra isə mühəndis olaraq elmi fəaliyyətə başlayıb. Fəaliyyəti dövründə müxtəlif tədqiqat layihələrində iştirak etmiş, tematik xəritələrin tərtibatını həyata keçirmişdir.
Magistratura pilləsi üzrə “Qobustan-Abşeron fiziki coğrafi rayonunda palçıq vulkanlarının ekogeoməkana təsirinin təhlili” mövzusunda dissertasiya işini müdafiə edərək “Magistr” elmi-ixtisas dərəcəsi əldə etmişdir. Doktorantura pilləsi üzrə “Şərqi Böyük Qafqazda çay sularının kimyası üzərində mineraloji və insan fəaliyyəti nəzarəti: Girdimançay nümunəsində” mövzusunda dissertasiya işini yazıb tamamlamışdır.
London Geologiya Cəmiyyətinin (2025), Avropa Geokimyaçılar Assosiasiyasının (2025), Avropa Yer Elmləri Cəmiyyətinin (2023) və Azərbaycan Coğrafiya Cəmiyyətinin (2018) üzvüdür.
Hazırda Qarabağ Universitetinin Pedaqoji Fakülətsinin Coğrafiya müəllimi olaraq fəaliyyət göstərir.
Təhsili
2024 – davam edir
York Universiteti (İngiltərə)
Ətraf mühit coğrafiyası, Doktorantura
2018–2020
Bakı Dövlət Universiteti
Geomorfologiya, Magistr dərəcəsi
2011–2015
Sumqayıt Dövlət Universiteti
Coğrafiya müəllimliyi, Bakalavr dərəcəsi
Tədqiqat maraqları
- Ətraf mühitin coğrafiyası
- Kimyəvi aşınma və aşınma məhsulları
- Çay suyu kimyasının təbii və antropogen təsirlərlə çirklənməsi
- Mineral həll olunma sürətləri
- Səth sularında mineral çöküntü prosesinin modelləşdirilməsi