Biznes və iqtisadiyyat fakültəsi

Gülay-Amanova

Gülay Amanova

Əlavə vəzifəsi
Müəllim
Tədris etdiyi fənn(lər)

Bioqrafiya

Gülay Amanova 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2018-ci ildə ADA Universitetinin İqtisadiyyat fakültəsini bitirmiş, daha sonra Almaniyada Fridrix Aleksandr Universitetində İqtisadiyyat üzrə magistr təhsilini tamamlamışdır. Magistr dissertasiyası Azərbaycanda əmək bazarında gender bərabərsizliyinin empirik qiymətləndirilməsinə həsr olunmuş, bu çərçivədə sorğu məlumatları, ekonometrik modellər və müqayisəli beynəlxalq yanaşmalardan istifadə edilmişdir.Onun elmi maraqları əmək bazarı iqtisadiyyatı, gender bərabərsizliyi, səhiyyə iqtisadiyyatı, tətbiqi ekonometrika və iqtisadi siyasətin qiymətləndirilməsi sahələrini əhatə edir. Tədqiqat fəaliyyətində iqtisadi qərarvermə proseslərinin təhlili, qəbul edilmiş qanun və siyasətlərin iqtisadi təsirlərinin qiymətləndirilməsi, dövlət proqramlarının effektivliyinin ölçülməsi və sübuta əsaslanan siyasət yanaşmalarının inkişaf etdirilməsi xüsusi yer tutur.Peşəkar fəaliyyətində müxtəlif dövlət qurumlarında iqtisadçı kimi çalışmış, kənd təsərrüfatı, nəqliyyat, İKT və səhiyyə sahələrində siyasət yönümlü iqtisadi təhlillər aparmışdır. Hazırda Qarabağ Universitetində iqtisadiyyat üzrə müəllim kimi fəaliyyət göstərir.

Təhsili

Bakalavr dərəcəsi – İqtisadiyyat, ADA University, 2018

Magistr dərəcəsi – İqtisadiyyat, Friedrich-Alexander University (FAU), 2025

Mükafatlar

DAAD ERP Təqaüdü, Almaniya

Tədqiqat maraqları

  • Əmək bazarı iqtisadiyyatı
  • Səhiyyə iqtisadiyyatı və səhiyyə maliyyələşməsi
  •  Ekonometrika və empirik metodlar

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.