Cavid Əliyev
Bioqrafiya
Javid Əliyev iqtisadiyyat və maliyyə sahəsində tədqiqat və tədris təcrübəsinə malik mütəxəssisdir. O, PhD dərəcəsini Hamad Bin Khalifa Universitetində İqtisadiyyat və İslam maliyyəsi üzrə tamamlamışdır. Daha əvvəl UNEC-də magistr, Bakı Mühəndislik Universitetində isə bakalavr təhsili almışdır.
Akademik fəaliyyətindən əlavə, Javid Əliyev KPMG Azərbaycan və Gilan Industrial Group kimi şirkətlərdə maliyyə və audit sahəsində iş təcrübəsinə malikdir. Onun elmi maraqları bərpa olunan enerji, karbon emissiyaları, institusional keyfiyyət və iqtisadi artım mövzularını əhatə edir.
Javid Əliyevin beynəlxalq jurnallarda məqalələri və elmi konfrans çıxışları mövcuddur. Hal-hazırda o, Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsində iqtisadiyyat müəllimi kimi fəaliyyət göstərir.
Təhsili
Bakalavr dərəcəsi – Dünya İqtisadiyyatı, Bakı Mühəndislik Universiteti, 2012–2017
Magistr dərəcəsi – Beynəlxalq İqtisadi Əlaqələr, Azərbaycan Dövlət İqtisad Universiteti, 2017–2019
Doktorantura təhsili (PhD) – İslam Maliyyəsi və İqtisadiyyatı, Hamad Bin Khalifa Universiteti, 2021–2025
Mükafatlar
- Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası, 2010 – Bürünc medal
- Milli birincilik, İqtisadiyyat üzrə Magistratura qəbul imtahanı (26-cı proqram), 2017
- Bakalavr dərəcəsi, fərqlənmə ilə, 2017
- Magistr dərəcəsi, fərqlənmə ilə, 2019