Zakir Əsədov
Bioqrafiya
Əsədov Zakir Fəxrəddin oğlu 22 mart 1986-cı ildə Ağstafa şəhərində anadan olmuşdur.
1995-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano ixtisasına qəbul
olunmuş, təhsil illərində Dövlət Simfonik Orkestri ilə çıxış etmiş və məktəbin
mötəbər tədbirlərində fəal iştirak etmişdir.
2004-cü ildə Parisdə keçirilən Nikolay Rubinşteyn adına VII Beynəlxalq piano
müsabiqəsinin laureatı olmuşdur. 2005-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasına qəbul olunmuş, professor Səidə Behbudovanın sinfində təhsil almış
və 2009-cu ildə akademiyanı bitirmişdir.
2006–2012-ci illərdə “Con Tempo” müasir musiqi ansamblının solisti olmuş,
respublika və beynəlxalq festivallarda iştirak etmiş, solo konsert proqramları
ilə çıxış etmişdir. Azərbaycan bəstəkarlarının bir sıra əsərlərinin, o cümlədən
fortepiano və orkestr üçün konsertlərin ilk ifaçısıdır.
2016-cı ildə Bakı Musiqi Akademiyasının magistratura pilləsinə qəbul olunmuş,
elmi fəaliyyətlə məşğul olmuş və 2018-ci ildə “Georgi Şaroyev fenomeni” adlı
kitabı nəşr olunmuşdur.
2009-cu ildən pedaqoji fəaliyyətə başlamış, müxtəlif musiqi məktəblərində
fortepiano müəllimi, şöbə müdiri və direktor vəzifələrində çalışmışdır.
2024–2025-ci tədris ilində 30 nömrəli Uşaq Musiqi Məktəbində direktor vəzifəsini
icra etmişdir.
Təhsili
Bakalavr təhsili:
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: İnstrumental ifaçılıq (Piano)
2005–2009
Magistratura təhsili:
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: İnstrumental ifaçılıq (Piano)
2016–2018
Tədqiqat maraqları
Piano ifaçılığı; Azərbaycan piano repertuarı; İfaçılıq təcrübəsi; Piano pedaqogikası; Kamera musiqisi