Ülkər Fərəcova
Bioqrafiya
Ülkər Fərəcova 2002-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə qəbul olunmuş, 2005-ci ildə “Memarlıq abidələrinin bərpası və yenidənqurulması” ixtisası üzrə bakalavr təhsilini (B№ 037500) başa vurmuşdur. 2006-cı ildə həmin universitetdə “Memarlıq mühitinin dizaynı” ixtisası üzrə magistr pilləsini (MNB№ 006156) tamamlamışdır. 2024-cü ildə Scuola Italiana di Moda e Stile-də “Interior Designer. Decorator” proqramı üzrə ixtisasartırma təhsili almışdır.
Peşəkar fəaliyyətinə 2003–2005-ci illərdə “Genesis” reklam şirkətində dizayner kimi başlamışdır. 2005–2008-ci illərdə “Akkord” Şirkətlər Qrupunda, 2008–2010-cu illərdə “YH Memarlıq və Dizayn Studiyası”nda, 2010–2017-ci illərdə isə “Arxikod” MMC-də memar-dizayner vəzifəsində çalışmışdır. 2012–2013-cü illərdə Dövlət Baş Layihə İnstitutunda interyer-dizayner kimi fəaliyyət göstərmişdir.
2015–2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində saat hesabı ilə müəllim, 2017–2022-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, 2022–2024-cü illərdə həmin universitetdə baş müəllim vəzifəsində çalışmışdır.
Təhsili
Bakalavr: Azərbaycan Memarlıq və İnşaat Universiteti.
İxtisas: “Memarlıq abidələrinin bərpası və yenidən qurulması”
2001-2005
Magistratura: Azərbaycan Memarlıq və İnşaat Universiteti.
İxtisas: “Memarlıq mühitinin dizaynı”
2006-2008
Tədqiqat maraqları
Memarlıq, İnteryer dizayn, Dekorativ təsviri və tətbiqi incəsənət