Səbinə Ərəbli
Bioqrafiya
Ərəbli Səbinə 5 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. Dörd yaşından etibarən Tofiq İsmayılov adına Uşaq və Gənclər Mədəniyyət Evində fəaliyyət göstərən “Cücələrim” rəqs dərnəyində sənət yoluna başlamışdır. 2001-ci ildə Xətai rayonu 34 saylı musiqi məktəbinə fortepiano ixtisası üzrə qəbul olunmuş, daha sonra təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin muğam sinfində davam etdirmişdir. 2004–2005-ci illərdə “Kainat” Uşaq Muğam Festivalının laureatı olmuş, 2005-ci ildə “Qarabağ ağrım mənim, qürurum mənim” festivalının qalibi adını qazanmışdır. 2009-cu ildə “Xalq Ulduzu” televiziya müsabiqəsinin finalçısı olmuşdur. Həmin ildə Azərbaycan Milli Konservatoriyasının “Solo ifaçılıq” fakültəsinə daxil olmuş (2009–2013), 2011-ci ildə Azərbaycan Televiziya Muğam Müsabiqəsinin qalibi olmuşdur. 2013-cü ildə Respublika Muğam Müsabiqəsində II yerə layiq görülmüşdür. Magistr təhsilini (2013–2015) Azərbaycan Milli Konservatoriyasında “Muğam sənətinin tarixi, nəzəriyyəsi və metodikası” ixtisası üzrə tamamlamışdır. Yaradıcılıq fəaliyyəti dövründə Azərbaycanı 15-dən çox ölkədə uğurla təmsil etmişdir.
Təhsili
Bakalavr təhsili: Azərbaycan Milli Konservatoriyası İxtisas: Solo oxuma 2009-2013
Magistratura: Azərbaycan Milli Konservatoriyası İxtisas: Xanəndəlik sənətinin tarixi, nəzəriyyəsi və metodikası 2013–2015
Tədqiqat maraqları
Solo oxuma; Vokal ifaçılıq; Muğam ifaçılığı; Muğamın tarixi və nəzəriyyəsi; İfaçılıq praktikası; Vokal pedaqogikası; Azərbaycan ənənəvi musiqisinin interpretasiyası