İncəsənət fakültəsi

Rüfət Xəlilov

Rüfət Xəlilov

Əlavə vəzifəsi
Müəllim
Tədris etdiyi fənn(lər)

Bioqrafiya

Xəlilov Rüfət Elşad oğlu 12 iyul 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004–2015-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində orta və musiqi təhsili almışdır. 2019-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin xor dirijorluğu ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Hazırda həmin ali təhsil müəssisəsində magistratura səviyyəsində təhsilini davam etdirir.
2019–2020-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Respublika və beynəlxalq müsabiqələr laureatıdır. 2018-ci ildə Türkiyədə, 2019-cu ildə Qazaxıstanda keçirilən “Caspi Art” beynəlxalq müsabiqələrində I yerə layiq görülmüşdür. Bədii rəhbəri və dirijoru olduğu “Qərbi Kaspi” və Qarabağ Universitetinin xor kollektivləri 2024–2025-ci illərdə keçirilən respublika və beynəlxalq festivallarda birinci yerlər qazanmışdır.
Bir sıra tanınmış dirijorlarla əməkdaşlıq etmiş, nüfuzlu beynəlxalq musiqi festivallarında iştirak etmişdir. 2024-cü ildən Qarabağ Universitetinin İncəsənət fakültəsində xormeyster və müəllim kimi fəaliyyət göstərir.

Təhsili

Bakalavr təhsili: Bakı Musiqi Akademiyası
İxtisas: Dirijorluq
2015–2019

Magistratura: Bakı Musiqi Akademiyası
İxtisas: Dirijorluq
2023–2025

Tədqiqat maraqları

Xor dirijorluğu; Xor məşq metodikası; Azərbaycan xor repertuarı; Vokal ansambl ifaçılığı; Partitura analizi.

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.