İncəsənət fakültəsi

Ramil Həşimli

Ramil Həşimli

Əlavə vəzifəsi
Müəllim
Tədris etdiyi fənn(lər)

Bioqrafiya

19.06.2006-da Sankt-Peterburq Hərbi-Tibb Akademiyasında dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir.
2008-2019-cu illər ərzində Əziz Əliyev adına ADHTİ otorinolarinqologiya kafedrasında assistent, 2019-2023-cü illər ərzində dosent vəzifəsində çalışmışdır.
2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş 2-ci qrant müsabiqəsinin qalibi olmuşdur. 
Əsas elmi və tibbi fəaliyyəti qırtlağın kəskin və xroniki xəstəlikləri, səs professionallarında rast gəlinən xəstəliklərin etiopatogenezi, müasir müayinə və müalicə üsullarının araşdırılmasına həsr olunmuşdur.
Avropa Foniatrlar İttifaqı idarə heyəti üzvü, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin baş katibi, “Mərkəzi və Qərbi Asiya Otorinolarinqologiya, Baş boyun cərrahiyyəsi birliyi”nin vitse-prezidentidir.
2015-ci ildə ABŞ Pittsburgh Universiteti və Klivlend Klinikası Səs mərkəzlərində "Səs xəstəliklərinin müayinə və müalicə" proqramları üzrə klinik müşahidə proqramlarında iştirak da daxil olmaqla, müxtəlif dövrlərdə Türkiyə, Avropa ölkələri və Rusiyanın müxtəlif elmi mərkəzlərində təkmilləşdirmə kurslarında iştirak etmişdir.
Apardığı tədqiqatların nəticələri ilə 60-dan çox beynəlxalq və yerli elmi konqreslərdə məruzəçi kimi çıxış etmişdir. 109 (16 Web of science indeksli məqalə) elmi işin müəllifidir.
Süni intellekt əsaslı klinik məlumatlarının sistemli və strukturlaşdırılmış şəkildə toplanması və analizi, əlavə vasitələrə ehtiyac olmadan konfidensial pasiyent məlumatlarının qorunması şərti ilə data mübadiləsinin həyata keçirilməsi ilə tək və çoxmərkəzli elmi tədqiqatların aparılması, eləcə də mürəkkəb klinik halların müzakirəsi və həlli üçün nəzərdə tutulmuş APDVoiceplatformasının təsisçisidir.
2025-ci ildən etibarən Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri və İncəsnət fakultələrində fəaliyyət göstərir. İncəsnət fakultəsində Azərbaycanda ilk dəfə olaraq Vokal tədrisi alan tələbələr üçün Vokalogiya fənninin tədrisinə başlanılmışdır.
 

Təhsili

Bakalavr təhsili: Azərbaycan Tibb Universiteti
Fakültə: Pediatriya
İxtisas: Həkim-pediatr
1995–2001

Klinik ordinatura (magistratura səviyyəsi): Sankt-Peterburq Dövlət Pediatriya Tibb Akademiyası
Kafedra: Otorinolarinqologiya
Proqram: Klinik ordinatura (Otorinolarinqologiya)
2001–2003

Mükafatlar

Dosent, tibb elmləri üzrə fəlsəfə doktoru

Tədqiqat maraqları

Qırtlağın kəskin və xroniki xəstəlikləri; Səs professionallarında rast gəlinən xəstəliklərin etiopatogenezi; Müasir müayinə və müalicə üsullarının araşdırılması; Strukturlaşdırılmış klinik məlumatların toplanması və analizi (Big Data); Süni intellekt əsaslı qərar dəstək sistemlərinin tibbdə tətbiqi.

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.