İncəsənət fakültəsi

Bioqrafiya

Nadir Quliyev 10 yanvar 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Tar ixtisası üzrə təhsilini Asəf Zeynallı adına Musiqi Kollecində və Azərbaycan Milli Konservatoriyasında almışdır.
Təhsil illərində müxtəlif konsert və mədəni layihələrdə iştirak etmişdir.
2022–2024-cü illərdə Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi Məktəbində tar müəllimi kimi çalışmışdır.
2023–2024-cü illərdə Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində əvəzedici müəllim kimi fəaliyyət göstərmişdir.
2024-cü ildən Qarabağ Universitetinin İncəsənət fakültəsində tar müəllimi kimi fəaliyyət göstərir.
Gənc pedaqoq və ifaçı kimi milli musiqi ənənələrinin təbliği və inkişafı istiqamətində fəaliyyətini davam etdirir.

Təhsili

Bakalavr təhsili:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığı (Tar)
2017–2021

Magistratura:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığı (Tar)
2021–2023

Tədqiqat maraqları

Tar ifaçılığı; Muğam instrumental ifaçılıq təcrübəsi; Azərbaycan xalq musiqisi; Muğamda improvizasiya; İnstrumental pedaqogika

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.