Murad Abasov
Bioqrafiya
Murad Eldar oğlu Abasov 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasında fortepiano üzrə
təhsil almış,
daha sonra Almaniyanın Trossingen Dövlət Musiqi Universitetində ali təhsilini davam
etdirmişdir.
Universiteti fərqlənmə ilə bitirmiş və ixtisasartırma səviyyəsində təhsilini başa
vurmuşdur.
Bir sıra nüfuzlu beynəlxalq piano müsabiqələrinin laureatıdır.
2010-cu ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının medalı və UNESCO
tərəfindən təqdim olunan xüsusi diplomla təltif edilmişdir.
Avropa və Asiyada keçirilən bir çox beynəlxalq müsabiqələrdə yüksək mükafatlara layiq
görülmüşdür.
Solist kimi Azərbaycanda Frans Listin fortepiano konsertini orkestr ilə,
Almaniyada isə Residenz-Orchester Baden-Württemberg ilə Edvard Qriqin fortepiano
konsertini ifa etmişdir.
Almaniya, İtaliya, Türkiyə, Polşa, Fransa, Çin, Lüksemburq və Azərbaycanda konsert
proqramları ilə çıxış etmişdir.
2019–2025-ci illərdə Almaniyanın Horb və Ulm şəhərlərində Dövlət Musiqi
Məktəblərində fortepiano müəllimi kimi fəaliyyət göstərmişdir.
Lüksemburqda ustad dərsləri keçmiş və rəsmi konsert proqramlarında solist kimi çıxış
etmişdir.
Hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərir.
Təhsili
Bakalavr təhsili:
Trossingen Dövlət Musiqi Universiteti (Almaniya)
İxtisas: İnstrumental ifaçılıq (Fortepiano)
2015–2019
Magistratura / Konzertexamen:
Trossingen Dövlət Musiqi Universiteti (Almaniya)
İxtisas: İnstrumental ifaçılıq (Fortepiano)
2020–2022
Tədqiqat maraqları
Piano ifaçılığı; Konsert repertuarı; Avropa ifaçılıq təcrübəsi; Kamera musiqisi; Piano pedaqogikası