Ələkbər Ələkbərov
Bioqrafiya
Ələkbər Ələkbərov 21 mart 1972-ci ildə Yevlax şəhərində anadan olmuşdur.
Asəf Zeynallı adına Musiqi Kollecini və Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir.
1992-ci ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr olunmuş
Respublika Muğam müsabiqəsində I dərəcəli diploma və laureat adına layiq
görülmüşdür.
Azərbaycan Milli Konservatoriyasında dosent və müəllim kimi fəaliyyət göstərmişdir.
2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
Dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış etmişdir.
2025-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi almış və hazırda Qarabağ Universitetində
müəllim kimi fəaliyyət göstərir.
Təhsili
Bakalavr Təhsili:
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığı (Tar)
1992–1997
Mükafatlar
Əməkdar Artist
Tədqiqat maraqları
Tar ifaçılığı; Muğam müşayiəti; İmprovizasiya üzrə tədqiqatlar; Azərbaycan ənənəvi musiqisi; Xalq çalğı alətləri pedaqogikası