İncəsənət fakültəsi

Gülşən Qasımzadə

Gülşən Qasımzadə

Əlavə vəzifəsi
Proqram rəhbəri
Ext
7764
Tədris etdiyi fənn(lər)

Bioqrafiya

Qasımzadə Gülşən 2015-ci ildən  ADRA-nın  Dekorativ Tətbiqi Incəsənət kafedrasının doktorantıdır və “Azərbaycan və Türkiyə saray xalçalarının bədii xüsusiyyətləri” mövzusu üzrə elmi fəaliyyətini davam etdirir. O 9 elmi məqalənin, 3 tezisin müəllifidir. 
2005 – ci il bakalavr pilləsi üzrə müdafiə etdiyi diplom işi Rusiyanın Tomsk şəhərində keçirilən “14-cü Beynəlxalq Memarlıq formu” müsabiqəsində “Şəhər mühitinin reklam üzrə düzgün  layihələndirilməsi”  diplomu ilə təltif olunmuşdur. 
Həvəskar olaraq psixologiya, musiqi, “Şərq miniatürları” rəssamlığı və foto rəssamlığı ilə məşğul olur. 
Azərbaycana həsr olunmuş “Etno” adlı fərdi foto sərgisi 2012 - ci ildə 28 may “Respublika Günü” münasibətilə Sloveniyada təşkil olunmuşdur.
2015-ci ildə  Bakı Metropolitenin  təşkilatçılığı ilə  “Metro Gallery” layihəsində çərçivəsində təşkil olunmuş kollektiv foto müsabiqədə seçilmiş 3 foto əsəri ilə çıxış etmişdir. 
3 gun davam edən “Oqat” adlı fərdi foto sərgisi 3 noyabr 2017 ci ildə Içəri Şəhərdə təşkil olunmuşdur.
“Uşaqların Beynəlxalq Müdafiə Günü”-nə həsr olunmuş fərdi foto sərgisi 1 iyun 2018-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və Incənət Universitetində keçirilmişdir. 

Təhsili

Bakalavr: Azərbaycan Memarlıq və İnşaat Universiteti. 
İxtisas: “Memarlıq mühitinin dizaynı”
2001-2005

Magistratura: Azərbaycan Memarlıq və İnşaat Universiteti. 
İxtisas: “Memarlıq mühitinin dizaynı”
2005-2007

Mükafatlar

1.Fəxri Fərman
Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlığın qurulmasına və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı hərbi qulluqçulara maddi-texniki və informasiya dəstəyi göstərilməsinə görə təqdim edilmişdir. 

Təqdim edən: Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev.
Tarix: 31 dekabr 2021.

2.XIV Beynəlxalq Memarlıq Forumu (Tomsk, 2005) - “Şəhər mühitində reklamın ən yaxşı layihə həlli” nominasiyası üzrə mükafat.
 
 

Tədqiqat maraqları

Memarlıq, İnteryer dizayn, Dekorativ təsviri və tətbiqi incəsənət

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.