İncəsənət fakültəsi

Bioqrafiya

Fərid Babayev 2 sentyabr 1994-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur.
Kamança ixtisası üzrə musiqi təhsilinə Ərtoğrul Cavid adına uşaq musiqi məktəbində
başlamışdır.
2008 və 2009-cu illərdə Heydər Əliyevin ildönümlərinə həsr olunmuş müsabiqələrdə
müvafiq olaraq II və I yerlərə layiq görülmüşdür.
2013-cü ildə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş müsabiqədə I yer qazanmışdır.
Naxçıvan Musiqi Kollecini bitirdikdən sonra Azərbaycan Milli Konservatoriyasının
“Kamança” ixtisası üzrə bakalavr və magistr pillələrini tamamlamışdır.
2022–2024-cü illərdə Azərbaycan Milli Konservatoriyasında konsertmeyster kimi
fəaliyyət göstərmişdir.
Hazırda Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbində kamança müəllimi kimi çalışır.
Pedaqoji və ifaçılıq fəaliyyətini paralel şəkildə davam etdirir.

Təhsili

Bakalavr təhsili:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığı (Kamança)
2013–2017

Magistratura:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığı (Kamança)
2019–2021

Tədqiqat maraqları

Kamança ifaçılığı; Muğam instrumental ifaçılığı; Azərbaycan xalq musiqisi; Muğamda improvizasiya; İnstrumental pedaqogika

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.