İncəsənət fakültəsi

Bioqrafiya

Eytiram Hüseynov 18 oktyabr 1980-ci ildə Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşdur. İbtidai təhsilinə doğma kəndində başlamış, 1992-ci ildə Laçının işğalından sonra təhsilini Bakı şəhərində davam etdirmişdir. Erkən yaşlarından muğam sənətinə böyük maraq göstərmiş, “Ağdam muğam məktəbi”ndə ilkin musiqi təhsili almışdır. 1994–1995-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin “Bənövşə” uşaq xorunun üzvü kimi səhnə fəaliyyətinə başlamışdır.
1997-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olmuş, xanəndəlik ixtisası üzrə peşəkar təhsil almışdır. 2007-ci ildə “Muğam” televiziya müsabiqəsinin laureatı olmuşdur. Azərbaycan Milli Konservatoriyasında təhsilini davam etdirərək Solo oxuma (xanəndəlik) ixtisası üzrə magistr dərəcəsi almışdır.
2011-ci ildən etibarən beynəlxalq səviyyədə tanınmış, BMT-nin Nyu-Yorkdakı qərargahında və Kanada Niaqara Beynəlxalq Musiqi Festivalında çıxış etmiş, Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olmuşdur. Dünyanın bir çox ölkəsində Azərbaycan muğam sənətini uğurla təmsil etmişdir. 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının, 2017-ci ildə isə Azərbaycan Respublikasının “Əməkdar artist” fəxri adına layiq görülmüşdür. Hazırda Qarabağ Universitetində müəllim kimi fəaliyyət göstərir.

Təhsili

Bakalavr təhsili: Azərbaycan Milli Konservatoriyası
İxtisas: Solo oxuma
2007–2012

Magistratura: Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xanəndəlik sənətinin tarixi, nəzəriyyəsi və metodikası
2013–2015

Mükafatlar

Əməkdar artist, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti

Tədqiqat maraqları

Solo oxuma; Vokal ifaçılıq; Muğam ifaçılığı; Muğamın tarixi və nəzəriyyəsi; İfaçılıq praktikası; Vokal pedaqogikası; Azərbaycan ənənəvi musiqisinin interpretasiyası

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.