İncəsənət fakültəsi

Bioqrafiya

Elvin Novruzov 18 aprel 1989-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur.
Musiqi təhsilinə Naxçıvanda başlamış, daha sonra Bülbül adına Orta İxtisas Musiqi
Məktəbində
təhsilini davam etdirmişdir.
2010–2014-cü illərdə Azərbaycan Milli Konservatoriyasında bakalavr,
2020–2022-ci illərdə isə magistr təhsili almışdır.
Hal-hazırda Azərbaycan Milli Konservatoriyasında və onun nəzdində fəaliyyət göstərən
Bakı Musiqi Kollecində müəllim kimi çalışır.
Pedaqoji fəaliyyəti ilə yanaşı, konsert proqramlarında fəal iştirak edir
və gənc musiqiçilərin peşəkar inkişafına töhfə verir.

Təhsili

Bakalavr təhsili:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığı (Kamança)
2011–2015

Magistratura:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Populyar musiqi və caz ifaçılığı (Kamança)
2020–2022

Tədqiqat maraqları

Kamança ifaçılığı; Muğam və caz vəhdəti; İmprovizasiya üzrə tədqiqatlar; Azərbaycan instrumental musiqisi; Müasir ifaçılıq təcrübəsi

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.