İncəsənət fakültəsi

Bioqrafiya

Aydın Əliyev 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Musiqi təhsilini müxtəlif
ixtisaslaşmış məktəblərdə almış, Azərbaycan Dövlət İncəsənət Universitetini və
Azərbaycan Milli Konservatoriyasını bitirmişdir.
Peşəkar fəaliyyəti dövründə Zeynəb Xanlarova, Arif Babayev və digər tanınmış
sənətkarlarla əməkdaşlıq etmiş, bir çox ölkələrdə konsert proqramları ilə çıxış etmişdir.
1998-ci ildə Parisdə ilk kompakt diski buraxılmışdır.
2002-ci ildə “İpək Yolu” festivalının diplomantı olmuşdur. 2015-ci ildə sənətşünaslıq üzrə
fəlsəfə doktoru elmi dərəcəsi almış, 2019-cu ildə dosent elmi adı verilmişdir.
Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş və instrumental muğam sahəsində dərs
vəsaitləri hazırlanmışdır.
Hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərir.

Təhsili

Bakalavr Təhsil:
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İxtisas: Mədəni-maarif işi, Musiqişünaslıq
1986–1991

Bakalavr Təhsili:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Musiqişünaslıq
2008–2012

Tədqiqat maraqları

Qarmon ifaçılığı; Azərbaycan xalq musiqisi üzrə tədqiqatlar; Etnomusiqişünaslıq; İfaçılıq təcrübəsi; Xalq çalğı alətləri pedaqogikası

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.