İncəsənət fakültəsi

Bioqrafiya

Ayaz İmranov 1973-cü ildə Laçın rayonunda anadan olmuşdur. 1989–1993-cü illərdə Şuşa
şəhər Mir Mövsüm Nəvvab adına Musiqi Texnikumunda tar ixtisası üzrə təhsil almışdır.
1998-ci ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olunmuş, 2004-cü ildə bakalavr,
2005-ci ildə isə magistratura pilləsini fərqlənmə ilə bitirmişdir.
1993-cü ildən pedaqoji fəaliyyətə başlamış, müxtəlif musiqi məktəblərində tar müəllimi
kimi çalışmışdır. 1998–2000-ci illərdə Azərbaycanın xalq artisti Alim Qasımovla birgə
xarici ölkələrdə konsert proqramlarında çıxış edərək Azərbaycan muğamının və tar
ifaçılıq ənənələrinin təbliğində iştirak etmişdir.
Uzun illər ərzində yetirmələri respublika və beynəlxalq müsabiqələrin laureatları olmuş,
bir sıra tələbələri Prezident təqaüdünə layiq görülmüşdür. 2009-cu ildə mədəni-maarif
sahəsində səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilmişdir.
Hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim kimi pedaqoji
fəaliyyətini davam etdirir.

Təhsili

Bakalavr təhsili:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığı, orkestr ifaçısı və müəllim)
1999–2003

Magistratura:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığı (Tar)
2003–2005

Tədqiqat maraqları

Tar ifaçılığı; Muğam instrumental ifaçılığı; Xalq alətləri orkestrləşdirilməsi; Azərbaycan ənənəvi musiqisi; İnstrumental pedaqogika

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.