İncəsənət fakültəsi

Bioqrafiya

Mehtiyev Aslan Murad oğlu 24 may 1998-ci ildə Tovuz rayonu, Düz Qırıqlı kəndində
anadan olmuşdur.
2005–2016-cı illərdə orta təhsil almışdır. 2009–2014-cü illərdə aşıq sənəti (saz) ixtisası
üzrə musiqi təhsili almışdır.
2016–2020-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İncəsənət və fiziki
tərbiyə” fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə bakalavr, 2020–2022-ci illərdə magistr
pilləsi üzrə təhsil almışdır.
Tələbəlik illərində universitetin ictimai həyatında fəal iştirak etmiş, dövlət
tədbirlərində, konsert proqramlarında və rəsmi mədəni layihələrdə çıxış etmişdir.
2020-ci ildə musiqi müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildə “Klassik aşıq havaları” adlı albomu rəqəmsal platformalarda yayımlanmışdır. 2024-cü ildən Qarabağ Universitetində fəaliyyət göstərir. 2025-ci ildə tələbələri ilə VIII Beynəlxalq “Xarıbülbül” Festivalında iştirak etmiş və “Saz musiqisi axşamı” adlı solo konsert proqramı ilə çıxış etmişdir.
Hazırda yaradıcılıq və pedaqoji fəaliyyətini Qarabağ Universitetində davam etdirir.

Təhsili

Bakalavr təhsili: Azərbaycan Dövlət Pedaqoji Universiteti
İxtisas: Musiqi müəllimliyi
2017–2021

Magistratura:
Azərbaycan Dövlət Pedaqoji Universiteti
İxtisas: Musiqi müəllimliyi
2021–2023

Tədqiqat maraqları

Saz ifaçılığı; Aşıq sənəti üzrə tədqiqatlar; Xalq çalğı alətləri pedaqogikası; Ənənəvi Azərbaycan musiqisi; Şifahi musiqi ənənələri

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.