Aida Hüseynova
Bioqrafiya
Hüseynova Aida Əlisəttar qızı 3 aprel 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1970–1974-cü illərdə Əsəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano
şöbəsində təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.
1974–1979-cu illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının
fortepiano ifaçılığı fakültəsində professor Elmira Səfərovanın sinfində ali təhsil almışdır.
1979–1982-ci illərdə Şamaxı şəhəri Uşaq Musiqi Məktəbində fortepiano müəllimi
kimi fəaliyyət göstərmişdir. 1982-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində
“Musiqi alətləri” kafedrasında pedaqoji fəaliyyətini davam etdirmişdir.
1989–1993-cü illərdə aspiranturada təhsil almış, 2010-cu ildə “Təlim və tərbiyənin
nəzəriyyəsi və metodikası (musiqinin tədrisi metodikası)” ixtisası üzrə dissertasiya
müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2013-cü ildən dosent vəzifəsində çalışır, instrumental ifaçılıq üzrə kafedra
müdirinin müavini və fakültə metodşurasının üzvüdür.
50-yə yaxın elmi və metodiki əsərin müəllifidir. Respublika və beynəlxalq
konfranslarda mütəmadi iştirak etmişdir.
2024-cü ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən
ADPU-nun 100 illiyi münasibətilə “Azərbaycan Respublikasının yubiley medalı”
ilə təltif edilmişdir.
Təhsili
Bakalvr Təhsil:
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
İxtisas: İnstrumental ifaçılıq (Piano)
1974–1979
Mükafatlar
Pedaqogika üzrə fəlsəfə doktoru
Tədqiqat maraqları
Piano pedaqogikası; İnstrumental tədris metodologiyası; İfaçılıq təcrübəsi; Musiqi təhsilində tədris planının hazırlanması