Adil Axundov
Bioqrafiya
Adil Axundov 13 avqust 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Musiqiyə böyük maraq göstərərək 1990–1996-cı illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasının vokal fakültəsində ali təhsil almışdır (həmin dövrdə bu təhsil magistr dərəcəsinə bərabər hesab olunurdu). Onun müəllimi Azərbaycanın xalq artisti, tanınmış opera ifaçısı, pedaqoq və xor rəhbəri Mürsəl Bədirov olmuşdur.
1993-cü ildə M.F. Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist vəzifəsinə təyin olunmuşdur. Səhnə fəaliyyəti dövründə “Traviata”, “Toska”, “Payatsı” və “Karmen” kimi klassik operalarda aparıcı rollarla çıxış etmişdir.
2012–2025-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında illüstrator kimi fəaliyyət göstərmişdir. 2025-ci ilin oktyabr ayından etibarən Qarabağ Universitetində müəllim vəzifəsində çalışır
Təhsili
İnteqrə olunmuş bakalavr və magistr proqramı:
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: Opera və kamera konsert ifaçılığı
1991–1996
Tədqiqat maraqları
Solo oxuma; Opera ifaçılığı; Kamera vokal ifaçılığı; Səhnə ifaçılığı praktikası; Klassik vokal repertuarının interpretasiyası; Vokal pedaqogikası.