Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn heyvanlar aləminin onurğalılar qrupuna aid əsas orqanizmlərin müxtəlifliyini, daxili və xarici quruluş xüsusiyyətlərini, həyat fəaliyyətlərini və ekoloji rollarını öyrənir. Tələbələr balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər daxil olmaqla onurğalıların sistematikası, morfologiyası, anatomiyası, fiziologiyası və davranış xüsusiyyətləri ilə tanış olurlar. Fənn həmçinin onurğalıların təbiətdəki ekoloji əhəmiyyəti, insan həyatı ilə qarşılıqlı əlaqələri və bioloji müxtəlifliyin qorunmasında rolu üzərində dayanır. Məqsəd tələbələrdə onurğalıların biologiyasına dair fundamental bilik və anlayışlar formalaşdırmaq, bu sahədə əldə edilən fundamental bilikləri təcrübədə tətbiq etmək üçün zəruri bacarıqlar aşılamaqdır.