Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn heyvanlar aləminin onurğasızlar qrupuna aid əsas orqanizmlərin müxtəlifliyini, quruluş xüsusiyyətlərini, həyat fəaliyyətlərini və ekoloji rollarını öyrənir. Tələbələr protistlərdən başlayaraq süngərlər, bağırsaqboşluqlular, qurdlar, molyusklar, buğumayaqlılar və digər onurğasızların sistematikası, morfologiyası, anatomiyası və fiziologiyası ilə tanış olurlar. Fənn həmçinin onurğasızların ekosistemlərdə rolu, insan fəaliyyəti ilə əlaqələri və təbiətdəki bioloji tarazlıqdakı əhəmiyyətini vurğulayır. Məqsəd tələbələrdə onurğasızların biologiyasına dair fundamental bilik və anlayışlar formalaşdırmaq, bu sahədə əldə edilən fundamental bilikləri təcrübədə tətbiq etmək imkanı yaratmaqdır.