Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn Azərbaycan ədəbiyyatı və mədəniyyəti kontekstində bədii nəsr nümunələri yazmaq sənətini araşdırır. Fənnin tədrisi prosesində məşğələlər, bədii qiraətlər və sərbəst yazı işləri vasitəsilə qədim ənənələrə malik Azərbaycan ədəbiyyatından qaynaqlanan bədii nəsrin müxtəlif formalarını, o cümlədən qısa hekayə, povest və romanları təhlil etmək səriştəsi formalaşdırılır. Əhatə olunan mövzulara povest quruluşu, xarakter inkişafı, dialoq qurma, bədii təsvir və Azərbaycan bədii ədəbiyyatında yayılmış süjetlər və s. daxildir. Azərbaycan hekayəçiliyinin unikal xüsusiyyətlərini və mövzularını anlamaq üçün görkəmli Azərbaycan müəlliflərinin əsərləri təhlil edilir. Əsas diqqət Azərbaycan ədəbiyyatının ənənələrinə uyğun orijinal bədii nəsr nümunələrinin hazırlanması texnikasının mənimsənilməsinə, müxtəlif üsullardan istifadə əsasında təhkiyə bacarıqlarının təkmilləşdirilməsinə, tənqidi müzakirələr vasitəsilə öz səhvlərini görüb təshih etmə bacarıqlarının inkişafına yönəldilir. Azərbaycan bədii nəsrinin nümayəndələrinin hekayə ustalığını əks etdirən müstəqil araşdırmaların aparılması gələcək Azərbaycan dili və ədəbiyyat müəllimlərinin tənqidi fikir yürüdə bilmək bacarığını inkişaf etdirir.