Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin tipi
Elective - Block 4
Fənnin təsviri
Bu fənn tələbələrə Xəzər dənizi regionunun təbii-coğrafi, tarixi, iqtisadi, ekoloji və geosiyasi xüsusiyyətləri haqqında fundamental biliklər təqdim edir. Fənnin məqsədi Xəzər hövzəsinin coğrafi məkan kimi unikal xüsusiyyətlərini, onun beynəlxalq siyasətdə və regional əməkdaşlıqda strateji əhəmiyyətini izah etməkdir. Fənn çərçivəsində Xəzər dənizinin hidroqrafiyası, bioloji müxtəlifliyi, enerji resursları və onların istismarının ekoloji nəticələri, region ölkələrinin sosial-iqtisadi inkişafında Xəzərin rolu müzakirə olunur, Xəzər regionunda mövcud olan beynəlxalq müqavilələr, hüquqi status məsələləri və ekoloji problemlərin həlli yolları da təhlil edilir. Fənn dərinləşdirilmiş nəzəri biliklər verməklə yanaşı, tələbələrin analitik təfəkkürünü inkişaf etdirir, Xəzər dənizi ilə bağlı coğrafi, ekoloji və siyasi məsələlərə kompleks yanaşma qabiliyyəti formalaşdırır.