“Data analitikası” istiqaməti üzrə müəllim
• Dərs yükünə uyğun fənlərin tədrisi;
• Fənn sillabuslarının hazırlanması;
• Elmi tədqiqatların aparılması və elmi jurnallarda dərc edilməsi;
• Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;
• Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması.
• Tədris prosesindən əlavə, fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı
tədbirlərin təşkilində aktiv iştirak.
• Müvafiq sahə üzrə minimum magistr dərəcəsi (doktorantura və elmi dərəcəyə
sahib olmaq üstünlük hesab edilir);
• Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji iş təcrübəsi (Nüfuzlu
ali təhsil müəssisələrinin məzunları üçün müvafiq tələb istisna edilə bilər);
• Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
• İngilis dili üzrə minimum C1 səviyyəsi;
• Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT)
imkanlarından səmərəli istifadə bacarığı;
• Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
• Yüksək kommunikasiya bacarığı;
• Liderlik və idarəetmə bacarıqları.
Tələb olunan sənədlər:
1. CV (ingilis dilində);
2. Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;
3. Dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
4. Motivasiya məktubu (maksimum 500 söz).
Elektron poçt ünvanı: [email protected]