“Riyaziyyat” istiqaməti üzrə müəllim
Dərc olunub:
18 Mart 2026
Kampus
Xankəndi
Vakansiya nömrəsi
QU-V-25/2026
Vakansiyanın növü
Tam ştat
Universitet administrasiyası
Yox
İş öhdəliklərinin təsviri
-
Dərs yükünə uyğun fənlərin tədrisi;
-
Fənn sillabuslarının hazırlanması;
-
Elmi tədqiqatların aparılması və elmi jurnallarda dərc edilməsi;
-
Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;
- Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması.
-
Tədris prosesindən əlavə, fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak.
Tələblər
- Müvafiq sahə üzrə minimum magistr dərəcəsi (doktorantura və elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);
- Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji iş təcrübəsi (Nüfuzlu ali təhsil müəssisələrinin məzunları üçün müvafiq tələb istisna edilə bilər);
- Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
- İngilis dili üzrə minimum C1 səviyyəsi;
- Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;
- Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
- Yüksək kommunikasiya bacarığı;
- Liderlik və idarəetmə bacarıqları.
Müraciət etmək üçün
Tələb olunan sənədlər:
- CV (ingilis dilində);
- Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;
- Dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
- Motivasiya məktubu (maksimum 500 söz).
Elektron poçt ünvanı: [email protected]