Vakansiyalar

Humanitar və sosial elmlər fakültəsində müəllim vakansiyası

Dərc olunub: 18 Mart 2026
Müraciət üçün son tarix
Kampus
Xankəndi
Vakansiya nömrəsi
QU-V-24/2026
Vakansiyanın növü
Tam ştat
Universitet administrasiyası
Yox
İş öhdəliklərinin təsviri

• Dərs yükünə uyğun fənlərin tədrisi;
• Fənn sillabuslarının hazırlanması;
• Elmi-tədqiqatların aparılması və elmi jurnallarda dərc edilməsi;
• Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;
• Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;
• Tədris prosesindən əlavə, fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində
aktiv iştirak.

Tələblər

• Hüquq sahəsində magistr dərəcəsi mütləqdir (doktorantura təhsili və ya elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);
• Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji iş təcrübəsi (nüfuzlu ali təhsil müəssisələrinin məzunları üçün müvafiq tələb istisna edilə bilər);
• Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq məcəllələr üzrə dərin biliklərə malik olmaq;
• Azərbaycan Respublikasının elm və təhsilə aid qanunvericilik aktları barədə məlumatlılıq;
• Tədqiqat bacarığı;
• Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
• İngilis dili üzrə minimum C1 səviyyəsi;
• Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;
• Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
• Yüksək kommunikasiya bacarığı;
• Liderlik və idarəetmə bacarıqları.

Müraciət etmək üçün

Tələb olunan sənədlər:
1. CV (ingilis dilində);
2. Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;
3. Dərc olunmuş elmiməqalələrin siyahısı(əgərvarsa);
4. Motivasiya məktubu (maksimum 500 söz).

Qeyd 1: Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının (nümunə: Hüquq tarixi istiqaməti üzrə müəllim) qeyd edilməsi vacibdir.
Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.


Elektron poçt ünvanı: [email protected]

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.