Vakansiyalar

Konsertmeyster (tar, kamança, piano)

Dərc olunub: 17 Mart 2026
Müraciət üçün son tarix
Kampus
Xankəndi
Vakansiya nömrəsi
QU-V-13/2026
Vakansiyanın növü
Tam ştat
Universitet administrasiyası
Yox
İş öhdəliklərinin təsviri

• İnstrumental ifaçılıq, Musiqi Müəllimliyi və Vokal Sənəti üzrə təhsil alan
tələbələri təyin olunduğu fənn müəlliminin instruksiyası əsasında müşayiət;
• Təhsil alanların konsertmeysterlə birlikdə ifaçılıq vərdişlərinin formalaşmasını
təmin etmə;
• İfada harmonik dəstəyin verilməsi, ritmik təməlin formalaşdırılması və dinamik
balansın qorunmasının təmin edilməsi;
• Fərdi interpretasiyada tələbə ilə tərəfdaşlıq;
• Musiqi kommunikasiyasında yardımçı şəxs kimi iştirak;
• Dərs zamanından kənar məşqlər və konsertlərdə tələbələri müşayiət etmək;
• Ehtiyac yarandıqca tələbənin ifa etdiyi musiqini transkripsiya və ya aranjman
etmək;
• Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;
• Tədris prosesindən əlavə, fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı
tədbirlərin təşkilində aktiv iştirak;

Tələblər

• Magistr dərəcəsi;
• Musiqi təhsili üzrə müəssisələrdə konsertmeysterlik təcrübəsi (ali təhsil
müəssisələrindəki təcrübə arzuolunandır)
• Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
• Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından
səmərəli istifadə bacarığı;
• Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
• Yüksək kommunikasiya bacarığı;

Müraciət etmək üçün

Tələb olunan sənədlər:
1. CV
2. Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;
3. Konsertmeyster və ya ifaçı olaraq iştirak etdiyi konsertlər, festivallar və
müsabiqələrin siyahısı (əgər varsa);
4. Motivasiya məktubu (maksimum 500 söz).

Qeyd 1: Müraciət edərkən məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının
(Konsertmeyster) qeydedilməsivacibdir.
Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.


Elektron poçt ünvanı: [email protected]

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.