Vakansiyalar

İnstrumental ifaçılıq - xalq çalğı alətləri üzrə müəllim

Dərc olunub: 17 Mart 2026
Müraciət üçün son tarix
Kampus
Xankəndi
Vakansiya nömrəsi
QU-V-09/2026
Vakansiyanın növü
Tam ştat
Universitet administrasiyası
Yox
İş öhdəliklərinin təsviri

• Dərs yükünə uyğun fənlərin tədrisi;
• Fənn sillabuslarının hazırlanması;
• Fakültənin konsertlərində həm solist həm də müşaiyətçi olaraq iştirak;
• Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;
• Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması.
• Tədris prosesindən əlavə, fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı
tədbirlərin təşkilində aktiv iştirak.

Tələblər

• Müvafiq sahə üzrə minimum magistr dərəcəsi (doktorantura və elmi dərəcəyə
sahib olmaq üstünlük hesab edilir);
• Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji-yaradıcı iş təcrübəsi (Nüfuzlu
ali təhsil müəssisələrinin məzunları üçün müvafiq tələb istisna edilə bilər);
• Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
• Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından
səmərəli istifadə bacarığı;
• Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
• Muğam, təsnif, rəng, xalq mahnı və rəqsləri və not ifaçılığı üzrə peşəkar bacarıqlar,
repertuar toplamaq və ifaçılıq qabiliyyətlərini pedaqoji fəaliyyətdə tətbiq etmə
bacarıqları;
• Yüksək kommunikasiya bacarığı;
• Liderlik və idarəetmə bacarıqları.

Müraciət etmək üçün

Tələb olunan sənədlər:
1. CV
2. Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;
3. İştirak edilmiş konsertlər, müsabiqələr və festivalların siyahısı (əgər varsa);
4. Motivasiya məktubu (maksimum 500 söz).

Qeyd 1: Müraciət edərkən məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının
(Xalq çalğı alətləri istiqaməti üzrə müəllim) qeydedilməsivacibdir.
Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.


Elektron poçt ünvanı: [email protected]

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.