Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn qədim dövrlərdən XX əsrə qədər türk xalqlarının siyasi, sosial və mədəni inkişafını öyrənir. Altay nəzəriyyəsi, türk xalqlarının mənşəyi və ilkin yurdları, erkən türk etnoslarının formalaşması, Hun imperiyası, Göytürklər, Uyğurlar kimi qədim türk dövlətləri, Qıpçaqlar, Xəzərlər və digər Orta əsrlər türk birlikləri, onların Avrasiya siyasi və mədəni həyatındakı rolu fənnin müzakirə obyektidir. Səlcuqlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, Osmanlı imperiyası və onun yüksəlişi, habelə Orta Asiya və Sibir türklərinin dövlətçilik ənənələri, XIX əsrdə türk xalqlarının rus imperiyası, Çin və Qacar dövləti tərkibindəki vəziyyəti, milli azadlıq hərəkatları və yeni ictimai ideyalar, XX əsrin əvvəllərində türk xalqlarının müstəqillik cəhdləri, Türkiyə Cümhuriyyətinin yaranması və digər türk xalqlarının milli-azadlıq mübarizələri fənnin əsas mövzularını təşkil edir. Bu fənn tələbələrə türk xalqlarının tarixi inkişafını ümumi Avrasiya kontekstində dərk etməyi, onların qarşılıqlı əlaqələrini və dünya tarixində rolunu qiymətləndirməyi öyrədir.