Fənnin tədris edildiyi dil
English
Fənnin tipi
Elective - Block 4
Fənnin təsviri
Bu fənn gələcək pedaqoqlar üçün vacib olan tənqidi oxu və yazı bacarıqlarının inkişafına yönəlmişdir. Fənnin tədrisi prosesində arqumentləri, mövzuları və üslub elementlərini təhlil etmək və qiymətləndirmək üçün müxtəlif mətnlər, o cümlədən ədəbi əsərlər, esselər və məqalələr təhlilə cəlb olunur. Diqqət səsli oxu və praktik yazı məşqləri vasitəsi ilə anlama, şərh və tənqidi düşünmə bacarıqlarının artırılmasına yönəldilir. Həmçinin tezislərin işlənməsi, sübuta əsaslanan təhlil və dil konvensiyalarından səmərəli istifadə daxil olmaqla, ardıcıl və inandırıcı yazılı cavabların qurulması strategiyaları nəzərdən keçirilir. Bu fənn gələcək pedaqoqları müxtəlif mənimsəmə qabiliyyətinə malik öyrənənlərə tənqidi oxu və yazma üsullarını öyrətmək, analitik təfəkkür və effektiv ünsiyyət bacarıqlarını inkişaf etdirmək bacarıqları ilə təchiz edir.